“Azəryolservis” ASC-nin mətbuat xidməti "Yeni Müsavat"ın qurum tərəfindən 20 min ton texniki duzun tədarükü üçün 20 milyon manatın sərf edilməsi barədə yazısına reaksiya verib.
AZXEBER.COM-un məlumatına görə, qrumunmətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, belə məlumatlar “Azəryolservis”in fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.
"Məlumat üçün bildiririk ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin aidiyyəti qurumları 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlığını artıq yekunlaşdırmaq üzrədir. Qış aylarında respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər həyata keçirilir. Tədbirlər planına görə, yol istismar idarələri tərəfindən qış aylarında ehtiyac yaranacağı təqdirdə avtomobil yollarına səpilməsi üçün bağlanmış müqavilə əsasında 3 min ton texniki duz sifariş olunub", - açıqlamada deyilir.
Qeyd edək ki, “Azəryolservis”in məlumatında qışa tədarük məqsədilə sifariş olunan duzun qiyməti açıqlanmayıb.