"Azəryolservis"də böhran -iki aydır maaş verilmir

"Azəryolservis"də böhran -iki aydır maaş verilmir
Bütün Xəbərlər
11:14 05.10.2015
1147
"Azəryolservis" ASC-nin işçilərinə iki aydır ki, maaş verilmir.
AZXEBER.COM  xəbər verir ki, bu barədə azadliq.info-ya adıçəkilən qurumdan məlumat daxil olub. İşçilər deyir ki, rəhbərlik maaş böhranının səbəbini izah etmir. "Heç nə demirlər. Biz isə iki aydır ki, gözləyirik", - deyə işçilər bildirir.
Onların sözlərinə görə, xüsusilə "Azəryolservis" ASC-nin rayondakı idarələrində vəziyyət gərgindir. İşçilər deyirlər ki, indiyə qədər bu qurumda maaş böhranı olmayıb. "Azəryolservis"in tarixində belə bir şey olmayıb. Həmişə maaşımızı vaxtında almışıq. Amma artıq iki aydır ki, böhran yaşanır", - deyə işçilər vurğulayıb.
Yada salaq ki, bir müddət əvvəl "Azəryolservis"də ixtisarlar olub. Bəzi iddialara görə, qurumun nəzdindəki idarələrin əhəmiyyətli hissəsi ləğv edilib. Nəticədə xeyli işçi ixtisara düşüb.
OXŞAR XƏBƏRLƏR