"Azpetrol"a yeni baş direktor təyin edildi

"Azpetrol"a yeni baş direktor təyin edildi
Bütün Xəbərlər
18:15 07.12.2015
3243

“Azpetrol” LTD” MMC-nin baş direktoru vəzifəsinə yeni təyinat olub.

Şirkətdən verilən məlumata görə, bu vəzifəyə Ceyhun Məmmədov təyin edilib.

Ceyhun Məmmədov 1999-cu ildən "Azpetrol" şirkətində müxtəlif vəzifələrdə çalışır.

Baş direktor vəzifəsinə təyin olunmazdan öncə o, şirkətin Əməliyyat Departamentinin rəhbəri olub.

 “Azpetrol” şirkətinin baş direktoru Hüseynağa Rəhimov "elmi işini davam etdirmək üçün öz xahişi ilə" dekabrın 5-də vəzifəsindən azad ediləndən sonra bu post boş idi. //virtualaz.org

OXŞAR XƏBƏRLƏR