AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO

AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
MEDIA
10:28 14.11.2019
5929
Azərbaycan Televiziyasının aparıcı Rüfət Həmzəyevin təqdimatında efirə gedən "Əsas məsələ” tok-şousunda dövlət qurumlarının mətbuat xidmətlərinin işi müzakirə olunub.
 
AZXEBER.COM AZTV.AZ-a istinadla xəbər verir ki, verilişdə qonaq olan bloqer, jurnalist Tural ismayılov bəzi mətbuat katiblərini tənqid edib. O, hər bir məmurun ölkə başçısından örnək götürməli olduğunu deyib: "Ölkəmizdə əsas örnək alınacaq vicdanlı məmur obrazı cənab Prezidentdir: rayonlara səfərlərdə xalqın içində olması, bu günlərdə keçirilən ağacəkmə aksiyasında gənclərlə səmimi münasibəti, söhbətləri... Bu, hansısa bələdiyyəyə sədr seçiləndən sonra 50 metr məsafəyə adam buraxmayanlara, icra hakimiyyətlərində özlərini kiçik firon hesab edən bəzi şöbə müdirlərinə dərs olmalıdır. Amma olurmu?
 
Bu gün Azərbaycanda idarəetmədə bir sıra yeniliklər həyata keçirilir. Qurumlar birləşdirilir, bəziləri ləğv edilir, yeniləri yaradılır.
 
Bəzi qurumların mətbuat xidmətlərinin rəhbərləri, birbaşa jurnalistlərlə işləməli olan, ictimaiyyətə təsir etməli olan adamlar işlərini görürmü? Sosial mediada dayanmadan Azərbaycan əleyhinə, ölkədə görülən hər müsbət işə qarşı xaos və çirkab yayırlar. Bu məlumatların qarşısını almalı olan adamlar fəaldırmı, aktivdirmi? Xeyr, deyillər. Elələri var ki, ümumiyyətlə jurnalistlərin telefonlarına cavab vermirlər”.
 
Hüquq müdafiəçisi Sahib Məmmədov müzakirələrə qoşularaq maraqlı nüansa diqqət çəkib: "Bir dövlət idarəsinin rəhbəri mətbuat üçün, cəmiyyət üçün açıqdırsa, onun mətbuat xidməti də açıqdır. Məsələn, Bakı Nəqliyyat Agentliyi. Gecə 2-də də nəsə yazsan, dərhal reaksiya verirlər”.
 
Tural İsmayılov isə daha bir nümunə göstərib: "Bu dediklərinizə "ASAN xidmət”i də nümunə kimi göstərmək olar. Amma elə qurumlar var ki, Azərbaycanın əleyhinə yayılan saxta informasiyaların qarşısına doğru informasiyaları çıxara bilmirlər. Hansısa xarici ölkədə baş vermiş hadisəni Azərbaycanda baş vermiş kimi təqdim edirlər. Bəs hanı məsul qurumların mətbuat xidmətlərinin rəhbərləri?”
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ronaldo cərimələndi
22:05 19.10.2026
Ronaldo cərimələndi
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
20:58 19.10.2026
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
20:50 19.10.2026
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
20:46 19.10.2026
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
20:38 19.10.2026
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
20:33 19.10.2026
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
20:28 19.10.2026
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib