AzTV-nin diktoru vəfat edib

AzTV-nin diktoru vəfat edib
Bütün Xəbərlər
17:00 09.11.2013
2246
Mərhumun cənazəsi bu gün günorta Təzəpir məscidindən qaldırılıb
Azərbaycan Dövlət Televiziyası və Radiosunda çalışmış diktor Rəna Məmədova noyabrın 9-na keçən gecə vəfat edib. Bu barədə Modern.az saytına “Azərbaycan Televiziyası və Radiosu” QSC-nin Həmkarlar İttifaqının sədr mavini Mübariz Süleymanlı məlumat verib. Onun sözlərinə görə 74 yaşlı keçmiş diktor xəstə yatırmış.Rəna Məmmədova 50 ilə yaxın müddətdə Azərbaycan Dövlət Televiziyası və Radiosunda diktor işləyib. 2006-cı il noyabrın 4-də Prezidentin sərəncamı ilə ona “Əməkdar artist” fəxri adı verilib.Mərhumun cənazəsi bu gün günorta Təzəpir məscidindən qaldırılıb və Novxanı qəbiristanlığında dəfn olunub.
OXŞAR XƏBƏRLƏR