“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışov telekanalın keçmiş əməkdaşı Qulu Məhərrəmlini hansı maddələrlə məhkəməyə verdiyi açıqlanıb.
Bu barədə hüquq müdafiəçisi Rəşid Hacılı məlumat verib.
R.Hacılı bildirib ki, A.Alışanov telejurnalist Qulu Məhərrəmlinin AZTV və onun özü barədə tənqidi rəyinə görə həbs edilməsini istəyib. Arif Alışanov Cinayət Məcəlləsinin 147-ci (böhran) və 148-ci (təhqir) maddələrinə əsasən Nəsimi rayon məhkəməsinə müraciət edib. O cinayət ittihamı üzrə iş başlanmasını tələb edib. Hələki iddia icraata qəbul edilməyib.
Qeyd edək ki, Qulu Məhərrəmli bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.
///“Qafqazinfo”