AzVision.az saytının 1 yaşı tamam olur

AzVision.az saytının 1 yaşı tamam olur
MEDİA
16:15 01.10.2013
1452
Bu gün AzVision.az xəbər saytının 1 yaşı tamam olur. 
AZXEBER.COM-un məlumatına görə, sayt 2012-ci ilin bu günü fəaliyyətə başlayıb.Saytın məqsədi xəbərlərə ilk növbədə azərbaycanlı AzVision-u, yəni baxışı ilə baxmaqdır.
Azərbaycanlı baxışı deyəndə isə, ölkənin milli maraqlarına uyğun baxış nəzərdə tutulur. Yəni `maraq` anlayışı ikitərəflidir və təkcə oxucuya maraqlı ola bilər deyə, hər bir qıcıqlandırıcı xəbəri üfürüb şişirtməyi düzgün hesab edilmir.
Ona görə də, AzVision həmişə təhlillərə geniş yer ayırıb və paralel olaraq, qeyri-ciddi, şou xarakterli mövzulardan çəkinib.
AZXEBER.COM olaraq həmkarlarımızı təbrik edir, onlara uğurlar arzu edirik.
OXŞAR XƏBƏRLƏR