"Azxəbər" ilə Türkiyənin nüfuzlu media təşkilatı arasında memorandum imzalandı - FOTO

MEDİA
17:39 03.02.2025
203
AZXEBER.COM İnformasiya portalı ilə Türkiyənin "Anadolu Yazarlar və Gazeteciler Cəmiyyəti” ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.
 
İmzalanma mərasimində AZXEBER.COM informasiya portalının təsisçisi və redaktoru Hacıbəy Heydərli Türkiyənin "Anadolu Yazarlar və Gazeteciler Cəmiyyəti”nin İdarə Heyətinin sədri Ahmet İşikdağ iştirak edib.
 
Hacıbəy Heydərli bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hər sahədə münasibətlər ən yüksək səviyyədədir, media da bu münasibətlərdə körpü rolunu oynayır.
 
AYGAD sədri Ahmet İşikdağ da öz növbəsində əməkdaşlıq memorandumdan çox məmnun olduqlarını bildirib. 
 
Tərəflər bildirib ki, iki qardaş ölkənin media qurumları bundan sonra da birgə maraqlı və ortaq layihələr icra edəcək. 

Memorandum çərçivəsində tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihələr həyata keçiriləcək, jurnalistlərin məqalələri hər iki ölkə mediasında geniş şəkildə işıqlandırılacaq. 


Qeyd edək ki, Azərbaycanın nüfuzlu xəbər saytlarından olan Editor.az xəbər saytı da AYGAD ilə əməkdaşlıq memorandumu imzalayıb. 
 


OXŞAR XƏBƏRLƏR