“Məlumatın həqiqət olması onun sərbəst yayılması üçün zəmin yaratmır”

“Məlumatın həqiqət olması onun sərbəst yayılması üçün zəmin yaratmır”
MEDIA
17:52 11.02.2026
690
"Azərbaycan Respublikası Ali Məhkəməsinin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı şəxsi həyatın müdafiəsi ilə ifadə azadlığı arasında tarazlığı təmin edir. O, həm vətəndaşların məxfilik hüququnun daha effektiv qorunmasına, həm də medianın fəaliyyətində hüquqi aydınlığın təmininə xidmət edir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib. 
 
O deyib ki, hər hansı məlumatın həqiqət olması onun sərbəst yayılması üçün zəmin yaratmır:

"Bu qərar Konstitusiyanın 32-ci maddəsində təsbit olunmuş "şəxsi həyatın toxunulmazlığı hüququ”nun müdafiə mexanizmlərini konkretləşdirir. 2016-cı il referendumundan sonra 32-ci maddəyə edilən əlavə və dəyişikliklər fərdi məlumatların qorunması, şəxsin razılığı olmadan həssas məlumatların açıqlanmasının yolverilməzliyi prinsiplərini daha da gücləndirmişdi. Plenum qərarı məhz bu konstitusion çərçivəni əsas götürərək, məhkəmələr üçün vahid yanaşma formalaşdırır. Qərarda açıq şəkildə göstərilir ki, hər hansı məlumatın həqiqət olması onun sərbəst yayılması üçün zəmin yaratmır. Şəxsin razılığı olmadan onun ailə həyatı, tibbi vəziyyəti, maliyyə və əmlak durumu, şəxsi yazışmaları və digər həssas məlumatların toplanması və yayılması hüquqa zidd sayılır”. 
 
M.Ələsgərli qeyd edib ki, əhəmiyyətli yeniliklərdən biri də "şəxsi toxunulmazlıq hüququ”nun şərəf və ləyaqətin müdafiəsindən fərqləndirilməsidir:

"Əhəmiyyətli yeniliklərdən biri də "şəxsi toxunulmazlıq hüququ”nun şərəf və ləyaqətin müdafiəsindən fərqləndirilməsidir. Əvvəlki praktikada iddialar əsasən məlumatın yalan olub-olmaması prizmasından qiymətləndirilirdi. Yeni yanaşmaya görə isə məlumat doğru olsa belə, şəxsi və ailə həyatının məxfiliyinə müdaxilə faktı ayrıca hüquq pozuntusu kimi dəyərləndiriləcək. Beləliklə, məhkəmələr yalnız reputasiya zərərini deyil, həm də məxfilik hüququnun pozulmasını müstəqil əsas kimi nəzərə almalıdır. Plenum qərarı şəxsi həyat anlayışını geniş şərh edərək onun tərkibinə təkcə informasiya deyil, həm də şəxsin mənzili, əşyaları, nəqliyyat vasitələri və digər fərdi xüsusiyyət daşıyan obyektləri daxil edir. Bu yanaşma Avropa insan hüquqları standartlarına uyğun olaraq "özəl məkan” və "özəl sfera” anlayışlarının müdafiəsini gücləndirir”.
 
Media eksperti vurğulayıb ki, qərarda iki mühüm balans mexanizmi də müəyyən edilir: 

"Şəxsin razılığı və ictimai maraq meyarı var. Şəxs özü müəyyən məlumatları açıq platformada paylaşırsa, həmin məlumatların istifadəsi ümumilikdə məsuliyyət yaratmır. Lakin paylaşımın təhrif olunması, məsxərə və ya alçaldıcı formada təqdim edilməsi ayrıca hüquqi qiymətləndirilə bilər. Digər tərəfdən, ictimai maraq doğuran məlumatların yayılması mülki hüquq pozuntusu sayılmır. Xüsusilə publik şəxslərin fəaliyyəti, qərarları və əmlak vəziyyəti cəmiyyət üçün legitim maraq kəsb edə bilər. Bununla belə, ictimai maraq həddi aşılmamalı, şəxsin və ailə üzvlərinin həssas məlumatları əsassız şəkildə açıqlanmamalıdır. Plenum qərarı şəxsi məlumatların yayılmasına görə məsuliyyət dərəcəsini də müəyyən edir. Kütləvi informasiya vasitələrində və geniş auditoriyalı sosial şəbəkələrdə yayım daha ağır nəticələrə səbəb ola bilər. Bu kontekstdə sosial şəbəkələrdə məlumatın baxış sayı, paylaşım arealı və real təsiri kimi texniki parametrlərin hüquqi qiymətləndirilməsi zəruri hesab olunur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
17:30 04.09.2026
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
17:29 04.09.2026
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
17:28 04.09.2026
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
17:22 04.09.2026
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
17:17 04.09.2026
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
17:06 04.09.2026
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
16:47 04.09.2026
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
16:31 04.09.2026
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
16:24 04.09.2026
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
16:19 04.09.2026
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
16:17 04.09.2026
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
16:11 04.09.2026
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
15:59 04.09.2026
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR
15:57 04.09.2026
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR
Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE
15:21 04.09.2026
Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE
Yeni təyin olunan İsveçrə səfiri kimdir?- Dosye
15:21 04.09.2026
Yeni təyin olunan İsveçrə səfiri kimdir?- Dosye