Mətbuat Şurası müraciət etdi: Xoşagəlməz hərəkət və davranışlar...

Mətbuat Şurası müraciət etdi: Xoşagəlməz hərəkət və davranışlar...
MEDIA
13:24 23.02.2026
815

"Jurnalist fəaliyyəti cəmiyyətin mənafelərinin qorunmasına yönəlməli, ayrı-ayrı fərdlərin bir-birinə münasibətdəki xoşagəlməz hərəkət və davranışlarının, müxtəlif ədavət formalarının yayılmasında alətə çevrilməməlidir. Jurnalist və media üçün başlıca məqam ictimai motiv olmalıdır. Mətbuat Şurasının bunu təbliğ edən açıqlamalarına baxmayaraq, təəssüf ki, bir çox hallarda, tamamilə əks mənzərə müşahidə edilir".

AZXEBER.COM xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı məlumatda öz əksini tapıb.

Qeyd olunur ki, jurnalist və media orqanları bir-birinə qarşı duran tərəflərin sosial şəbəkələr vasitəsilə açıqladıqları məqamları işıqlandırarkən, məsələni şəxsi həyatın toxunulmazlığı prizmasından qiymətləndirməlidirlər. Həssas yanaşma və peşəkarlıq bunu tələb edir. Peşəkarlıq həm də onu tələb edir ki, mübahisə tərəflərinin şəxsi həyatlarının nə dərəcədə ictimai məzmun daşıdığı, onların belə bir statusda olub-olmadıqları müəyyənləşdirilsin.

Məlumdur ki, fəaliyyəti ictimai məzmun daşıyan şəxslərin şəxsi həyatlarına baxış fərqlidir. Eləcə də bu kateqoriyadan olanları tənqidetmənin yol verilən hədləri daha genişdir. Tənqid və təqdimatlar isə əsaslandırılmış olmalı, özündə linç elementlərini, təhqir və böhtanı, hüquqi dövlət və sivil cəmiyyət normalarına zidd digər təmayülləri təbliğ etməməlidir.

Əsas məsələ həm də tərəflərin mübahisə motividir. Jurnalist və media orqanı, ilk növbədə, həmin motivin ictimai məzmun daşıyıb-daşımadığını, qərəzə söykənib-söykənmədiyini nəzərə almalıdır. O da nəzərə alınmalıdır ki, media yayımı ictimai əhəmiyyət kriteriyasına yalnız sağlamlıq və təhlükəsizliyin qorunması, cəmiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, toplumun əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması hallarında uyğun gəlir. Məişət məsələlərinin qabardılmasında, bəsit mübahisələrin, cəmiyyətin dinc və birgəyaşam normalarını təhdid edən eybəcərliklərin təqdimatında isə heç bir ictimai motiv yoxdur və ola bilməz.

İnformasiya yayımçısı olan media orqanının və jurnalistin bilgi bölüşən sosial şəbəkə istifadəçilərindən fərqi cəmiyyətin maraq və mənafelərini üstün tutması, hadisə və proseslərdə ictimai motivi düzgün qiymətləndirməsidir. Əgər jurnalist hansısa sosial şəbəkə istifadəçisinin qərəzə, şəxsi ədavətə hesablanmış paylaşımını olduğu kimi yayırsa, üstəlik həmin paylaşımda adları çəkilən, amma mövzuya aidiyyəti olmayan şəxslərin foto görüntülərini bölüşürsə, deməli, qərəz və ədavətin dərinləşməsində, eyni zamanda, şəxsi həyat prinsiplərinin pozulmasında vasitəyə çevrilir.

Beləliklə, jurnalistin sosial şəbəkə istifadəçisindən fərqi itir. Bu isə medianın cəmiyyətdəki nüfuzuna zərbə vurur. Cəmiyyət media orqanını və ya jurnalisti yalan, yaxud qızışdırıcı mahiyyətli, qərəzli bilgi yayan hansısa sosial şəbəkə profili sahibindən fərqləndirə bilmirsə, deməli, jurnalistikaya etibar yoxdur. Təəssüf ki, hazırda həm də belə bir durumun şahidiyik.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən, media subyektlərinin təmsilçilərindən qeyd edilən məqamları ciddi şəkildə nəzərə almağa, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət etməyə, peşənin nüfuzunu yüksək tutmağa çağırır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
17:19 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
16:16 12.11.2026
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
15:59 12.11.2026
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:56 12.11.2026
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
15:48 12.11.2026
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı