AZXEBER.COM oxucularına - 6 aylıq hesabat

AZXEBER.COM oxucularına - 6 aylıq hesabat
MEDİA
13:25 01.08.2013
1615

AZXEBER.COM – 6 aylıq hesabat

AZXEBER.COM informasiya portalına son 6 ayda 1 milyon 369 min 787 nəfər daxil olub.

Onlar bu müddət ərzində portalı 5 milyon 303 min 659 dəfə ziyarət ediblər. Oxucular ümumilikdə 11 milyon 277 min 199 dəfə sayta baxış ediblər. İstifadəçilər hər ziyarətdə orta hesabla 3 dəqiqə 14 saniyə saytı nəzərdən keçiriblər. Portala daxil olan oxucular hər dəfə orta hesabla 2.13 xəbəri oxuyublar.

Ziyarətçilərin 81.32 %-i, yəni 4 milyon 313 min 99-u AZXEBER.COM portalına Azərbaycandan daxil olub. Ümumilikdə 152 xarici ölkədən sayta oxucu daxil olub ki, bunlar arasında ilk 5 pillədə Türkiyə, Rusiya, ABŞ, Birləşmiş Krallıq və Ukrayna qərarlaşıb. AZXEBER.COM informasiya portalına iyul ayında rekord sayda ziyarətçi daxil olub. Belə ki, ötən ay saytımıza 1 milyon 61 min 734 vizit olub, 349 min 157 nəfər sayta daxil olub. Bu 3 illik fəaliyyətimizdə ən yüksək göstəricidir.

OXŞAR XƏBƏRLƏR