Ötən gün “Twitter” sosial şəbəkəsində maraqlı hadisə baş verib.
AZXEBER.COM xəbər portalının əməkdaşı Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanla mübahisə edib. Sahakyan “Twitter”dəki mikro bloqunda bildirib ki, Azərbaycan Dağlıq Qarabağı əbədi olaraq itirib. Əməkdaşımız da öz növbəsində Sahakyana Qondarma DQR-nı dünyanın heç bir ölkəsi tanımadığını deyib və onu realist olmağa çağırıb.
Bako: Azərbaycan Dağlıq Qarabağı əbədi olaraq itirib
Əməkdaşımız: Dünya ölkələrinin hələ heç biri Dağlıq Qarabağın müstəqilliyini tanımayıb, realist ol.
Bako: Düz demirsən NATO DQR-nın müstəqilliyini tanıyıb, NATO da 27 ölkədən ibarətdir.
Əməkdaşımız: Doğrudan? (kinayə ilə). Sənin bu dediyin barədə faktın və arqumentlərin haradadır? DQR-ı nəinki NATO, heç Ermənistan Respublikası da tanımayıb.
Bako: Sən "Twitter"də" @NATO_SECRETARY adlı istifadəçinin yazılarını oxu. Bu şəxs NATO-da ən yüksək rütbəli şəxsdir.
Qeyd: NATO-da ən yüksək vəzifəli şəxs Anders Foq Rasmussendidi. Bakonun göndərdiyi link isə “Twitter”dəki adı Gorg Hakobyan adlı erməniyə aiddir. Özünü NATO-nun baş katibi kimi təqdim edir.
Əməkdaşımız: Sən doğurdan qondarma DQR-in prezidentisən? Əgər bu doğurdanda sənsənsə onda sən çox axmaq birisən! Nə vaxtdan Gorge Hakobyan adlı bir şəxs NATO-nun baş katibi olub?
Bako: NATO-nun baş katibi Rasmussendidi. @NATO_SECRETARY adlı istifadəçi (yəni Gorg Hakobyan) NATO-nun qeyri-rəsmi prezidentidi. NATO-nun birinci katibidir. ( Qeyd: Elə bir şəxs mövcud deyil)
Əməkdaşımız: Bu saxta profildi. NATO-da heç Erməni generalı da yoxdur. Ən azından ona görə ki, Ermənistan NATO-ya üzv deyil. Sənin bilik səviyyən sıfırdır.
Əməkdaşımız: NATO-nun rəsmi səhfəsində də, bu adda adam yoxdur. Yalan məlumat yaymaq Ermənistanın çoxdankı siyasətidir.
Bako: (sonda nə yazacağını sanki bilmir): Nifrət dolu mail və spamlar göndərmə
Əfsələddin Ağalarov