AZXEBER.COM-un redaktoru Hacıbəy Heydərli mükafat aldı

AZXEBER.COM-un redaktoru Hacıbəy Heydərli mükafat aldı
MEDİA
23:39 30.09.2011
3082

30 Sentyabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində “İRƏLİ” İctimai Birliyi və “Dünyaya Baxış” Beynəlxalq təşkilatının birgə layihəsi olan “De-institusionalizasiya sahəsində əldə edilmiş nailiyyətlər və mövcud çətinliklər” mövzusunda dəyirmi masa keçirilib.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, “De-institusionalizasiya” layihəsinin “İRƏLİ” üzrə koordinatoru Sevinc Əliyeva, “Dünyaya Baxış” beynəlxalq təşkilatının Uşaq müdafiəsi üzrə layihə rəhbəri Nailə Mustafayeva, “Azərbaycana Birgə Yardım“ (UAFA) təşkilatının meneceri Züleyxa Nəcəfova, media nümayəndələri və “De-institusionalizasiya” mövzusunda elan edilmiş müsabiqənin iştirakçıları yer alıb.

Tədbirdə “İrəli” İctimai Birliyi və “Dünyaya Baxış” Beynəlxalq təşkilatının həyata keçirdiyi “De-institusionalizasiya ilə bağlı ictimai məlumatlılığın artırılması” layihəsi çərçivəsində görülmüş işlər, hazırlanmış materiallar qonaqlara təqdim olunmuş, eyni zamanda “De-institusionalizasiya” mövzusunda çəkilmiş film və video çarx tədbir iştirakçılarına nümayiş olunmuşdur.Tədbir zamanı həmçinin “İRƏLİ” İctimai Birliyi və “Dünyaya Baxış” Beynəlxalq təşkilatının 27 Avqust 2011-ci il tarixində “De-institusionalizasiya” mövzusunda elan etdiyi müsabiqənin nəticələri də açıqlanmışdır.Müsabiqəyə təqdim olunmuş materiallar “İRƏLİ” İctimai Birliyində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilib, nominasiyalar üzrə 1-ci yerin qaliblərinə şəhadətnamə və pul mükafatı təqdim olunub.Müsabiqə “De-institusionalizasiya ilə bağlı ictimai məlumatlılığın artırılması” layihəsi çərçivəsində həyata keçirilirmişdir. Müsabiqə üçün hazırlanan materiallar “De-institusionalizasiya nədir və nə üçün lazımdır?”, “De-institusionalizasiya və alternativ qayğı sahəsində görülən işlər, mövcud problemlər və onların həll yolları” , “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” kimi məsələləri əhatə etmişdir.Müsabiqənin nominasiyalarını və qaliblərini nəzərinizə çatdırırıq:1) Ən yaxşı TV xəbəri – Rüstəm İbadov ( Xəzər TV )2) Ən yaxşı radio proqramı – Jalə Güləhmədzadə (“İRƏLİ” Radio )3) Ən yaxşı qəzet məqaləsi - Ramil Vəlibəyov ( Yeni Azərbaycan qəzeti )4) Ən yaxşı elektron xəbər – Hacıbəy Heydərli ( azxeber.com )5) Ən yaxşı jurnal məqaləsi – Nigar Əliyeva 6) Ən yaxşı bloq yazısı – Samira Həşimzadə7) Ən yaxşı sosial şəbəkə yazısı – Pirim Pirimov8) Ən yaxşı foto – Hüseyin Məmmədov9) Ən yaxşı təqdimat – Elnur Kəlbizadə10) Ən yaxşı video çarx – Kamal Yaşar ( Kəpəz Müstəqil Teleradio Şirkəti- nin “Xüsusi Layihələr “ departamentinin müxbiri )Qeyd edək ki, müsabiqəni keçirməkdə əsas məqsəd KİV nümayəndələri, bloqqer, fotoqraf, aktiv gənclərin, eyni zamanda cəmiyyətin diqqətini bu mövzuya yönləndirərək ictimai məlumatlılığın düzgün şəkildə və qısa zamanda artırılmasıdır.
OXŞAR XƏBƏRLƏR