Türkiyə mətbuatının məlumatına görə, 60 kişi 9 gün müddətində 15 yaşlı qızla zorla cinsi əlaqədə olub. Bir evdə dava olması barədə xəbər alan polis əməkdaşları mənzilə gedərkən orada T.K., qardaşı L.K. və dostları B.K-nın biri biri ilə dava etdiyini görüb.
Hadisəylə əlaqədar mənzildə araşdırmaya başlayan polis dəhşətli hadisənin üstünü açıb. Onlar bağlı qapı arxasında döyülmüş bir azyaşlı qızın olduğunu görüblər. Polis bölməsində məlum olub ki, şərti adı B.A. olan qızcığaz Balıkesir sakinidir və o, 10 gün əvvəl sosial şəbəkələrdən birində tanış olduğu oğlanla görüşmək üçün Bursaya gəlib. Lakin görüş alınmayıb. Və qız axşam saatlarında parklardan birində pərişan halda oturub nə etdiyini fikirləşəndə, adları yuxarıda şərti olaraq verilən şəxslər ona yaxınlaşaraq “çöldə qalma, sənə pislik edərlər” deyərək qızı evlərinə aparıb isti yemək və yataq veriblər. Gecə sakit keçsə də, ertəsi gün onlar qızla zorla zinsi əlaqədə olublar. Daha sonra isə qız 9 gün müddətinə müəyyən pul qarşılığında 60 kişi ilə cinsi əlaqəyə məcbur edilib.
Polis faktla bağlı araşdırmaya başlayıb. Şübhəli şəxslər isə polis nəzarətində olmaqla sərbəst buraxılıb.
//Ans Press