Azyaşlının üzünə asqıran 2 müəllimə həbs edildi - FOTO

Azyaşlının üzünə asqıran 2 müəllimə həbs edildi - FOTO
Bütün Xəbərlər
06:03 07.06.2011
1907

 

AZXEBER.COM portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bitlis şəhərində baxçaya gedən 3,5 yaşlı Ö.N dəcəllik etdiyi üçün qeyri-adi üsulla müəllimələri  tərəfindən cəzalandırılıb. Ö.N-in müəllimələri Rəbiə Gemalmaz və Gülər ​​Yavuz azyaşlını cəzalandırmaq üçün onun üzünə asqırıblar.

3,5 yaşlı uşağın ailəsi hadisəni bildikdən sonra, polisə müraciət edib. Araşdırma aparan polis, otaqlara quraşdırılan gizli kameralardan faktın doğruluğunu təsdiqləyib.

Polis bölməsinə aparılan hər iki bağça müəlliməsi məhkəməyə çıxardılıb. Məhkəmə isə Rəbiə Gemalmaz və Gülər ​​Yavuzu 1 ay  müddətinə azadlıqdan məhrum edib. Daha sonra isə cəza pul cəzası ilə birlikdə 25 günə endirilib.

637536_detay

OXŞAR XƏBƏRLƏR