Azyaşlı qızlarını qəfəsdə saxlayıb öldürdülər

Azyaşlı qızlarını qəfəsdə saxlayıb öldürdülər
DÜNYA
12:52 16.05.2026
372
Rusiyanın Komsomolsk-na-Amure şəhərində valideynlər qızlarının ölümünə görə məsuliyyətə cəlb olunublar.

AZXEBER.COM xəbər verir ki, ər-arvad azyaşlı qızlarına baxmaqdan yorulduqları üçün onu qutudan düzəltdikləri qəfəsdə saxlayıblar. Qız uşağı nə hərəkət edə, nə otura, nə də ayaq üstə dura bilib.

Həmçinin valideynlər uşağı antisanitar şəraitdə saxlayıblar. Onlar qızlarını normal qida və su ilə təmin etməyiblər. Uzunmüddətli aclıq və amansız rəftar nəticəsində azyaşlı həyatını itirib.

Xabarovsk Vilayət Məhkəməsi azyaşlının işgəncəyə məruz qalması və qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə hökm çıxarıb və hər iki şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
lent.az
OXŞAR XƏBƏRLƏR