AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində gəmidə olan bir balıqçı həlak olub, daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Türkiyə rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıb. Hücumun hansı şəraitdə baş verdiyi və məsul tərəfin kimliyi barədə hələlik əlavə məlumat verilməyib.











































