“AZZA” 45 min cərimələndi

“AZZA” 45 min cərimələndi
İQTİSADİYYAT
16:58 25.09.2019
5705
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "AZZA” QSC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, "AZZA"nın 45535 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 9606645,71 rubl valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, 1921329 rubl, yəni 45535 manat məbləğində inzibati cərimə olunub.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2008-ci ildə yaradılan "AZZA” QSC şirniyyat və spirtli içki satışını həyata keçirən mağazalar şəbəkəsidir. Hazırda 67 mağazası fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
16:15 15.05.2025
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
Snoop Doogun komandası Mehin üçün klip çəkdi  - VİDEO
16:02 15.05.2025
Snoop Doogun komandası Mehin üçün klip çəkdi - VİDEO
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
15:55 15.05.2025
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
15:50 15.05.2025
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
15:46 15.05.2025
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
15:37 15.05.2025
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
15:26 15.05.2025
“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
15:22 15.05.2025
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
15:18 15.05.2025
Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
14:51 15.05.2025
Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
Ərdoğan - Zelenski görüşü başlayıb
14:39 15.05.2025
Ərdoğan - Zelenski görüşü başlayıb
Müğənniyə medal verilməsi gündəm yaratdı - “Necə aldığını açıqlamır”
14:33 15.05.2025
Müğənniyə medal verilməsi gündəm yaratdı - “Necə aldığını açıqlamır”
Bülent Ersoy vəsiyyətini açıqlayıb
14:28 15.05.2025
Bülent Ersoy vəsiyyətini açıqlayıb
MÜSİAD Azərbaycan və Sərgi Təşkilatçıları Arasında Əməkdaşlıq Memorandumu İmzalandı - FOTOLAR
14:27 15.05.2025
MÜSİAD Azərbaycan və Sərgi Təşkilatçıları Arasında Əməkdaşlıq Memorandumu İmzalandı - FOTOLAR