Büdcə böyüyür, maaşlar artırılacaqmı?

Bütün Xəbərlər
17:37 06.04.2011
2953

Bu zaman büdcə gəlirlərinin artımı ilə yanaşı, xərcləri də çoxaldılacaq. Bu arada əməkhaqqı və pensiyalarla bağlı nəzərdə tutulan xərc maddəsində artımlara gedilib-gedilməyəcəyi sual doğruru. Məlumat üçün bildirək ki, hökümət 2011-ci ildə Azərbaycanda orta aylıq əmək haqqının 379 manata, 2012-ci ildə 431, 2013-də 485, 2014-cü ildə isə 551 manata çatdırmağı proqnozlaşdırır.

İqitisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri hesab edir ki, may ayında dövlət büdcəsinə gözlənilən əlavə və dəyişikliklər büdcədən sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin həcminin artmasına gətirib çıxaracaq. Mütəxəssislərin sözlərinə görə, iyul ayından başlayaraq mərhələli olaraq büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı artımları həyata keçirilə bilər. Bu halda əməkhaqlarında 10 faizlik artım gözlənilir.

Mərkəzin iqtisadçılar deyir ki, 2011-ci ildə əməkhaqların, sosial yardımların məbləğində artımlar, hələlik, rəsmi olaraq elan edilməsə də, büdcədə profisitin yaranması və gəlirlər hissəsinin proqnozlaşdırıldığından çox olması bu addımın atılmasına imkan verir: «Büdcə dəyişikliklərindən sonar əməkhaqqı artımları ilə bağlı sərəncamların verilməsi gözlənilir. 2009-cu ildə olduğu olduğu kimi bu artımlar 10 faiz intervalında olacaq. Güman edilir ki, ötən ildən fərqli olaraq bir trakateqoriyalar üzrə artımlara gediləcək».
Onlar hesab edir ki, əmək haqqı artımlarının istehlak bazarına təsirlərini azaltmaq və eləcə də yeni qiymət artımları üçün baza yaratmasının qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

 

OXŞAR XƏBƏRLƏR