Bülənt Ərsoyun eks-həyat yoldaşından şok açıqlama

ŞOU-BİZNES
14:18 20.11.2010
2599

Məşhur türk müğənnisi Bülent Ərsoyla vaxtilə evli olan Armağan Uzun şok açıqlama ilə çıxış edib. O "Kanaltürk"də yayımlanan "2 Səhifə" proqramında özündən 30 yaş böyük Ərsoyla çarəsizlikdən evləndiyini bildirib.

"Bülent Ərsoy ilə "Popstar" yarışmasında tanış oldum. Məni görən kimi vurulmuşdu. "Sənə 10 bal verilməzmi?" deyərək ilk canlı performansımda mənə 10 bal verdi. Daha sonra tanımadığım biri mənə zəng edərək, "Bülent xanım səndən "elektrik aldı". Nə düşünürsən?", deyə soruşdu. O an çox çaşdım. Nə deyəcəyimi bilmədim. Bu adam sonra yenə zəng vurdu. "Bülent xanım səninlə birlikdə olmaq istəyir. Yaxşı düşün, sonra qərar ver. Qəbul etməzsənsə, yarışmadan kənarlaşdırılarsan. Maqazin aləmindən silinərsən!", kimi sözlər söylədi. Əvvəlcə tərəddüd etdim, amma sonra görüşü qəbul etdim. Arxamda elə bir gücün olmasını istədim. Axı bu tərz yarışmalara qatılanların heç birinin vəziyyəti qənaətbəxş deyil. Bülent Ərsoy mənə albom çıxaracağına söz verdi. Dərhal evlənməyi təklif etdi. "07.07.2007 tarixində mənimlə evlənməzsənsə, bu əlaqə bitər", deyə A. Uzun qeyd edib. 

"Qarşımda mənə musiqi həyatımda gələcək vəd edən biri vardı. Ya təklifini qəbul edib yaxşı bir yerə gələcək, ya da bu bazardan silinəcəkdim. Bülənt Ərsoyun evlənmə təklifini çarəsizlikdən qəbul etdim, amma daha sonra çox peşman oldum. Mənə albom söz verməsəydi onunla evlənməzdim", deyə B. Ərsoyun keçmiş əri əlavə edib.

Armağan Uzun nu açıqlamasından sonra evlənmək istəyəcəyi qızın ailəsinin onun haqqında nə düşünəcəyindən narahatlıq keçirdiyini də vurğulayıb. //Ans Press


OXŞAR XƏBƏRLƏR