Ruslan bəy qarşıdan gələn Həmrəllik günü münasibətilə qonaqları təbrik etdi.: “BAGT iki ildir fəaliyyət göstərir. Bu zaman ərzində çalışmışıq ki, cəmiyyəti və gəncləri Bütöv Azərbaycan ideologiyası birləşdirəcək. inanıram ki, az da olsa buna nail olduq. Təşkilatımız 2010-cu ili Bütöv Azərbaycan ili elan etdi. Məqsədimizdə Cəmiyyətdə Bütöv Azərbaycan ideasını möhkəmləndirmək idi. Bu yöndə məlumatımız ziyalılar və gənclər həmişə olduğu kimi bu ildə kifayət qədər işlər gördü. Təşkilat olaraq qərara aldıq ki, 2011-ci il Qarabağ ili elan edək. bu il Qarabağ yöndə Bakıda və regionlarda tədbir keçirəcəyik və Qarabağ yöndə fəaliyyət göstərən Təşkilat və mətbuat nümayəndələrinə, ziyalılara diplomlar veriləcəyini Ruslan İzzətli çıxışında bildirdi.
Daha sonra Yeddi Dövlət Bir Millət Konseyinin başqanı Azər Həsrət, Borcalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, BAGT sedrinin müşaviri Tural İsmayıl, yazıçı Sayman Aruz, Qarabağ qazisi, şair Rəfail Tağızadə, BDU-nun professoru Almaz Əliqızı, BAGT mətbuat və informasiya məsələri üzrə müavini Ulviyyə İsmət və başqaları Bütöv Azırbaycan və Bütöv Azərbaycan Gənclər Təşkilatı haqqında öz fikir və arzuların dedilər.
Tədbirin sonunda Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri Ruslan İzzətli 2010 Bütöv Azərbaycan ilinin yekunları ilə əlaqədar bir çox mətbuata, ziyalılara, gənclərə diplomlar verdi.
“ İlin Bütöv Azırbaycançı qəzeti” diplomuna Türküstan və Millətçilik qəzetləri layiq görüldü.
“ İlin Bütöv Azərbaycançı televziyası” diplomuna Güney Azərbaycan Televziyası layiq görüldü
“ İlin Bütöv Azərbaycançı ziyalısı” diplomu BDU-nun professoru Almaz Əliqızına verildi
“ İlin Bütöv Azərbaycançı yazarı” diplomuna Yazıcılar Birliyinin Güney Azərbaycan üzrə sorumlusu Sayman Aruz layiq görüldü
“ İlin Vətənpərvər müəllimi” diplomu Bərdə rayon Mehdixanlı kənd orta məktəbinin tarix müəllimi Əhmədova Əntiqə layiq görüldü
Borcalı Cəmiyyəti “ İlin ən yaxşı təşkilatı” diplomuna layiq görüldü
“ İlin Bütöv Azərbaycançı gəncləri” diplomuna Tural İsmayilov və Cavid Mehrəliyev laiq görülüb