Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Bərdə və Tərtər rayonları İcra hakimiyyətlərinin başçıları dəyişdirilib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Dövlət başçısının Sərəncamı ilə İlham İsa oğlu Ağayev Bərdə rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev Vidadi İsa oğlu İsayevi Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Başqa bir Sərəncamla Vidadi İsayev Bərdə rayonu İcra hakimiyyətinin başçısı təyin olunub.
Ceyhun Fərrux oğlu Cəfərov isə Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.