O, layihənin Mübariz İbrahimova həsr olunmasının çox müsbət hal olduğunu bildirib: "Mən ilk olaraq layihənin Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunması ilə bağlı danışmaq istəyirəm. Mübariz İbrahimovun adı çəkiləndə hər bir Azərbaycanlının gözü qarşısında qəhrəmanlıq salnaməsi, dilində Allah ermənilərə lənət eləsin sözü olur. Mübariz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmağı bacardı. Onun kimi oğullarımız olduğu üçün biz fəxr etməliyik. Mübariz İbrahimov bütün Azərbaycan gəncliyinə nümunədir. Əminəm ki, bu gün də ordumuzda minlərlə Mübariz kimi oğullar var. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Bu festivalın məhz Mübariz İbrahimova həsr olunması məni çox sevindirir".
Millət vəkili gənclərin bu təşəbbüsünü alqışladığını deyib: “Bu layihənin təşəbbüskarları gənclərdir. Bu ikiqat sevincli haldır. Gənclərin belə vətənpərvərlik mövzusunda tədbirlər, festivallar keçirməsinə çox sevinirəm. Bu gün dövlətimizin gənclərə qayğısı göz önündədir. Gənclərimiz üçün hər cür şərait yaradılıb. Siz gənclər də bundan maksimum yararlanmağa çalışın. Dövlətimiz, millətimiz naminə işlər görün. Biz də həm dəstək verək, həm də baxaq sevək. Mən düşünürəm ki, bu cür festivallar ard-arda keçirilməlidir. Həm də teatrın insanlara təsir gücü yüksəkdir. Sənətlə cəmiyyət hər zaman ayaqlaşmalıdır. Cəmiyyətdəki hadisələr səhnələşdirilməlidir. Bu yöndə festivalın qəhrəmanlıq mövzusunda olması məni çox sevindiricidir”.
Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.
Layihədə iştirak etmək istəyən 35 yaşınadək gənclər ssenarilərini və qrup üzvlərinin koordinatlarını [email protected] elektron ünvanına göndərə bilərlər. Ssenarilər hekayə, roman, pyes şəklində ola bilər. Layihənin media tərəfdaşları arasında AZXEBER.COM İnformasiya portalı da var.