Bəzi ali məktəblərdə təhsil haqları artırılacaq

GƏNCLİK
11:54 29.04.2011
2355
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, bu artımın nə qədər olacağını hələlik bilinmir. Amma nazir belə hesab edir ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır. 

M. Mərdanov Maliyyə Nazirliyi tərəfindən məhz bu məsələnin nəzərə alınacağına ümid etdiyini deyib. 

M. Mərdanov onu da əlavə edib ki, artıq Azərbaycan Nazirlər Kabineti növbəti tədris ili üçün ali məktəblərə qəbul planını təsdiqləyib.

 

OXŞAR XƏBƏRLƏR