Bağ evində meyiti tapılan iş adamı kimdir? - Yüksək vəzifələrdə çalışıbmış

Bağ evində meyiti tapılan iş adamı kimdir? - Yüksək vəzifələrdə çalışıbmış
SOSİAL
12:27 12.02.2026
629

Dünən Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindəki bağ evində dəm qazından boğularaq ölən 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Əliyev son illərdə özəl sektorda bir sıra böyük şirkətlərə rəhbərlik edib.

Belə ki, R.Əliyev 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub.

O, daha sonra bizneslə məşğul olmağa başlayıb. "Toyota Bakı Mərkəzi”nin baş direktoru, "İSR Avto”nun direktoru, "İmprotex Motors”un baş meneceri, eləcə də STP-də fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbəri olub. 2025-ci ilin noyabrından isə "IZIA Development” şirkətinin direktoru kimi çalışırmış.

Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. "Qırmızı əmək bayrağı” ordeni və SSRİ medalları ilə təltif edilmiş F.Əliyev 1983-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

Xatırladaq ki, bağ evində Rəşad Əliyevlə birgə həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva da qazdan zəhərlənib.

R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, Rəşad Əliyev məşhur polis zabiti, AFFA-nın keçmiş vitse-prezidenti, "Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun bacısı oğludur.

Aslan Vəliyev

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
21:33 06.11.2026
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub