Ötən cümə keçirilən nümayişlərdə ölən və yaralananların xatirəsinə həsr edilən nümayişlərdə, təhlükəsizlik qüvvələrinin aktivistləri öldürməsi, həyat şəraitinin aşağı olması, sui-istifadə, yoxsulluğa etiraz edilib.
Geniş miqyaslı təhlükəsizlik tədbirlilərin görüldüyü nümayişdə təxminən 3 min nəfər iştirak edib.
Nümayişçilər "Terrora Yox", "Hüquqa Hə", "İraqa Hə", Mediaya Hə", "İşğalçılar Ölkəni Tərk edin", "ABŞ-a Yox", "Yalançı Əl Maliki", "Maliki Neft Gəlirləri Hardadır?" kimi şüarlar səsləndiriblər.
İraq bayraqlarını dalğalandıran nümayişçilər, "Rəhbərliyin İslahını İstəyirik", "Milli Yoxlama Tələb edirik", "Gerçək Demokratiyanı, Azadlıqların Qorunmasını İstəyirik" yazılan plakatlar daşıyıblar.
İraq təhlükəsizlik qüvvələri Meydana gedən bütün yolları bağlayıblar. Dəclə çayı üzərindəki üç körpü də nəqliyyata bağlanıb.