Baş nazir sürücülük vəsiqəsi ilə bağlı qərar verdi

Baş nazir sürücülük vəsiqəsi ilə bağlı qərar verdi
Bütün Xəbərlər
14:12 10.06.2011
3278
Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib.

AZXEBER.COM-un Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Əsasnaməyə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 

- Nəqliyyat vasitəsini idarəetmə hüququ 1 ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 

- Nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.


OXŞAR XƏBƏRLƏR