Baş redaktorun maşını yandırıldı

Bütün Xəbərlər
13:31 18.01.2011
1878
Yanvarın 17-nə keçən gecə Ermənistanda “Lori” telekanalının baş redaktoru Narine Avestisyanın maşını yandırılıb. Bu barədə məlumatı Helsinki Vətəndaş Assambleyasının Vanadzordakı ofisi yayıb. Məlumata görə, maşın qadının yaşadığı evin qarşısındakı qarajda olub. Yanvarın 17-də işə getməyə hazırlaşan Naire Avestisyan qarajın qapısını açanda maşının yandığını görüb. İlkin məlumatlara görə, maşının üzərinə yanar maye qarajın nəfəsliyindən tökülüb və od da oradan vurulub. 

Lori vilayətinin Vanadzor polis idarəsində cinayət işi başlayıb. Naire Avestisyan hadisənin şəxsi xarakter daşımasını istisna edir. Onun sözlərinə görə, bu, onun peşə fəaliyyəti ilə əlaqədardır. Bu, son beş ildə baş redaktora ziyan vurulması üçün törədilən üçüncü hadisədir.

OXŞAR XƏBƏRLƏR