"Nəvəmin adını özüm qoymuşam, Natiq Şirinov. Arzumdur ki, mənim yolumu o davam etdirsin".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında bu gün ikinci dəfə baba olan Xalq artisti Natiq Şirinov deyib.
Sənətçi bildirib ki, nəvəsinin onun yolunu davam etdirməsi ən böyük arzusudur:
"Nəvəmin adını özüm qoymuşam, Natiq Şirinov. Arzum idi ki, oğlum Ümidin bir oğlu olsun və mənim yolumu məhz o davam etdirsin. Təbii ki, hər şeydən öncə məqsədimiz onun sağlam, uğurlu bir insan olaraq böyüməsidir. Daha sonra isə biz ölüb gedəcəyik, qoy 3-cü nəsil davamçım elə öz nəvəm olsun. Allah bütün balaları qorusun”.
Aysel Hacızadə











































