Baba Vəziroğlu Aygünlə Brilliantın davasından danışdı

Baba Vəziroğlu Aygünlə Brilliantın davasından danışdı
MAQAZİN
14:10 05.07.2013
2856
Xalq artistləri Briliyant Dadaşova və Aygün Kazımova arasında baş verən qalmaqal ölkədə ən çox müzakirə olunan mövzulardandır. Vəziyyət o yerə çatıb ki, mövzuya hətta millət vəkilləri də laqeyd qala bilməyiblər. Onlar xalq artistlərinin bu ada layiq olmayan hərəkətlər etdiyini bildiriblər.Mövzu ilə bağlı AZXEBER.COM portalı əməkdar incəsənət xadimi Baba Vəziroğlunun fikrini öyrənib. O bildirib ki, xalq artisti adına layiq görülən insanlar davayla, mübahisəylə gündəmə gəlməməlidir: "Xalq artisti fəxri addır, müğənnilər o ada sənət göstərib,layiq görülürlər. Mübahisə, dava isə şəxsi məsələdir. Ancaq mən belə şeylərin tərəfdarı deyiləm"Baba Vəziroğlu şou biznes aləmində baş verən hadisələrin ona yad olduğunu da vurğulayıb.Qeyd edək ki, bu xalq artistləri arasında baş verən ilk mübahisə deyil. Bu günlərdə həmçinin xalq artistləri Nazpəri Dostəliyeva və İlhamə Quliyeva arasında da qalmaqal yaşanır. Fatimə İbrahimova
OXŞAR XƏBƏRLƏR