Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.
Festivalla bağlı AZXEBER.COM portalı Azərbaycan Respublikasının tanınmış "Əməkdar incəsənət xadimi” Baba Vəziroğlunun münasibətini öyrənib. Əməşdar incəsənət xadimi hazırda bu cür layihələrə ehtiyac olduğunu söyləyib: “Bu cür festivalların keçirilməsinə münasibətim çox müsbətdir. Sovet dönəmində gənclərin daha yaxşı vətənpərvərlik ruhunda böyüdülməsi üçün institutlar var idi. Komsomoldan, pionerdən, oktyabristlərdən tutmuş bir neçə təşkilata qədər, sırf yaradıcı gənclərin özlərini göstərmələri üçün ideal bir məkan yaradılmışdı. Düzdür, o dövrlərdə kommunist partiyası bura aid deyildi, çünki partiya mafioz bir qruplaşmaya çevrilmişdi. Orada gənclərə, belə demək olarsa, yer yox idi. Ancaq gənclərə şərait yaradılırdı. Biz isə köhnədən istifadə etmək yerinə, hazırda olanları dağıtdıq və yeni bir şey ortalığa çıxara bilmədik. Bu isə yaradıcı gənclərin aşkarlanıb ortaya çıxarılmasında çox böyük çətinliklər yaratdı. Unutmaq lazım deyil ki, bu tipdə festivallar keçirilməsə, gənclərdən sabah nəsə ummaq mümkün olmayacaq. Biz heç vaxt gələcək nəsillərimizi, gənclərimizi taleyin hökmünə buraxa bilmərik”.Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.