Babaları yaşda kişini pula görə qətlə yetirən şəxsin məhkəməsi başladı

Babaları yaşda kişini pula görə qətlə yetirən şəxsin məhkəməsi başladı
Bütün Xəbərlər
14:29 04.06.2013
869

Şəki Apelyasiya Məhkəməsində hakim İnşallah Quliyevin sədrliyi ilə Mingəçevir şəhər sakinləri Kamran Rüstəmov və Orxan Rüstəmovun məhkəməsi başlayıb.

AZXEBER.COM-un məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Rüstəmov 15 il, Orxan Rüstəmov 14 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, Kamran və Orxan Rüstəmov ötən ilin fevralın 28-də Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurəhmanovu yaşadığı mənzilində çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetiriblər.İstintaq müəyyən edib ki, fevralın 27-də oğlu Orxanla birlikdə mərhumun yaşadığı mənzilə qarət məqsədilə gələn Kamran Rüstəmov gətirdiyi dəmir parçası ilə Əfsər Abdurəhmanova çoxsaylı zərbələr endirməklə onu öldürüblər. Onlar evdə olan qızıl-zinət əşyalarını və pensiya kartlarını götürüb, izi itirmək üçün cinayət aləti olan dəmir parçasını və istifadə etdikləri əlcəkləri atıblar.

OXŞAR XƏBƏRLƏR