Evə kişi geyimində girib 45 min oğurladı

Evə kişi geyimində girib 45 min oğurladı
SOSİAL
13:03 18.09.2025
330
Babək rayonunda yerləşən evlərin birindən 45000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, Babək Rayon Polis İdarəsinin  əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 32 yaşlı Mustafayeva Ayşən  müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR