Babək rayonunda yol qəzası baş verib, ana və üç övladı xəsarət alıb

Babək rayonunda yol qəzası baş verib, ana və üç övladı xəsarət alıb
HADİSƏ
18:52 22.11.2025
148
Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində qeydə alınıb.

"VAZ 2107" və "KIA" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Əliyeva Nuriyyə Ağası qızı və övladları - Əliyeva Mələk Sevindik qızı, Əliyeva Fatma Sevindik qızı və Əliyev İlham Sevindik oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR