Qanlı hadisə martın 16-na keçən gecə saat 01:00 radələrində baş verib. Hadisəyə isə səbəb R.Məmmədovun həyat yoldaşını döyməsi olub. Əri tərəfindən döyülən bacısının köməyinə gedən R.Mərdanov kürəkəni ilə mübahisə edib. Ramin bacısının döyülməsini ona irad tutub. Bu zaman R.Məmmədov Raminə 3 bıçaq zərbəsi vurub. R.Məmmədov artıq polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb.