İsmayıllı rayonunda müəmmalı intihar hadisəsi baş verib
APA-nın məlumatına görə, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.Lahıc sakini, 1949-cu il təvəllüdlüMövlanova Banu Əlövsət qızıbu gün səhər saatlarında yaşadığı evin həyətindəki meyvə ağacından özünü asaraq intihar edib.Yaxın illərədək Lahıc qəsəbəsindəki uşaq bağçasının müdiri vəzifəsində çalışan və 4 uşaq anası olan Banu Mövlanovanın özünə qəsd etməsinin səbəbi məlum deyil.Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.