Bağçalar Təhsil Nazirliyinə qaytarılır

SOSİAL
15:56 09.03.2016
3579
2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinin tabeliyinə verilib.
Məqsəd isə körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək idi.
Təhsilin ilk pilləsinin yerli icra hakimiyyətlərinə verilməsi həmin qurumlarda idarəetmə baxımından müsbət dəyişiklərə səbəb oldu. Amma uşaqların məktəbə hazırlığı, ilkin biliklərin öyrədilməsində problemlər qalmaqdadır. Bunu elə təhsil naziri Mikayıl Cabbarov da qeyd edib. O, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin qənaətbəxş olmadığını qeyd edərək, məktəblərdə məktəbə hazırlıq kurslarının açıldığını vurğulamışdı.
Elə Ombudsmanın 2015-ci il üzrə hesabatında da bu məsələyə toxunulub. Hesabatda məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması, həmçinin istər bu müəssisələrin, istərsə də orta məktəblərin birbaşa həmin nazirliyin büdcəsindən maliyyələşdirilməsinin məqsədəmüvafiq olduğu qeyd edilib.
Məruzədə qeyd olunub ki, uşaq bağçalarında mövcud olan uşaq yerlərinin sayı müvafiq ərazidə, rayonda, şəhərdə yaşayan məktəbəqədər yaşlı uşaqların sayından olduqca azdı. Eyni zamanda bildirilir ki, I siniflərə şagirdlərin qəbulu zamanı 6 yaşlılara verilən məntiq testlərinin sualları çətin olmaqla, bu yaşda uşaqların əksər hissəsinin real təfəkkür və düşünmə tərzi ilə ciddi fərqlər təşkil edir. Bu da bir çox valideynləri məktəbə hazırlıq dövründə uşaqlarını xüsusi repetitorlara yönəldərək pul sərf etmək məcburiyyətində qoyur. Bunun əsas səbəbləri kimi məhz uşaqların intellektinin və düşüncə tərzinin düzgün formalaşmasında rol oynayacaq məktəbəqədər təhsil müəssisələrinin az olması, tərbiyəçi müəllimlərin peşəkarlıq tələblərinə cavab verməməsi və həmin müəssisələrinin yerli icra hakimiyyətlərinin tabeliyində olmaqla təhsil və Təhsil Nazirliyi sistemindən uzaqlaşmasıdır.
Bağçaların yenidən Təhsil Nazirliyinə qaytarılması istiqamətdə artıq işlərə başlanılıb. Təhsilin ilk pilləsinin yenidən Təhsil Nazirliyinə verilməsi yaxın zamanda reallaşacaq.
Modern.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb