Səudiyyə Ərəbistanının nüfuzlu din xadimlərindən sayılan şeyx Nasir əl Ömərin yeni bir fətva verərək Suriya terrorçu hərbçilərinin öz bacıları ilə nikah cihadını halal etdiyi iddia olunur.
Guya "Əl Bağdad" portalında yer alan məlumata görə, o, "Əl Vüsal" portalına verdiyi eksklüsiv müsahibəsində bildirib:
"Döyüş zamanı hərbçilər nikah cihadında fəaliyyət göstərən qadın tapmasalar, öz bacıları ilə nikaha girə bilərlər. Nasir əl Ömər sözlərinin davamında şiələri və şiə dövlətlərini və o cümlədən Suriya dövlətini zalım hesab edərək iddia etmişdir ki, şiələr islamla müharibədədirlər".
Milli.Az Tashaio-ya istinadən bildirir ki, o, sözlərinə belə davam edib:
"Hərbçilərin xeyrinə olan fətvaları tənqid edənlər nədənsə şiələrin tərəfindən öldürülən uşaq və qadınlar haqqında susurlar!"
Bildirək ki, bu məlumat İrana meylli media resurslarında yayılıb və şeyx Nasir əl Ömərin rəsmi saytında belə fətva yoxdur.