Bacısı komada, özü isə ölən gənc qızın son 'facebook' statusu - 'Həyat, sən səbəbsən...'

Bacısı komada, özü isə ölən gənc qızın son
SOSİAL
20:13 17.09.2016
22482

Ötən gün Sumqayıtda baş verən qəzada vəfat edən Sürəyyə Qəhrəmanlı ölümdən öncə "facebook"da status paylaşıb.

AZXEBER.COM xəbər verir ki, “Baku Medical Plaza”da çalışan 25 yaşlı Sürəyya sosial şəbəkədəki hesabında ölümündən bir neçə gün əvvəl həyatla bağlı bu paylaşımı edib:

"Həyat – nə qədər sadə səslənsən də, samitlərin qədər səs-küylü, bəzən qulaqları kar edəcək qədər səssiz, saitlərin qədər incəliklərlə, qalın layları xatırladan günbəgün üstüstə yığılan incəliklərlə dolu, hecaların sayda ikili rəng çeşidiylə, ağlı-qaralı dünyamızın təcəssümüsən. Bəzən ruha xoş gəlirsən, bəzən ruhdan düşməyimizə səbəbsən"

Dostları onun bu paylaşımını öz səhifələrində paylaşaraq onunla bağlı xatirələrini bölüşüblər.

Qəzada dünyasını dəyişən gənc qızın digər bacısı Leyla Qəhrəmanlı isə hazırda reanimasiya şöbəsində müalicə alır. Onun vəziyyətinin stabil-ağır olduğu bildirilir.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.

OXŞAR XƏBƏRLƏR