Bacısını oğlanla görən qardaş onu öldürdü - TƏFƏRRÜAT

Bacısını oğlanla görən qardaş onu öldürdü - TƏFƏRRÜAT
Bütün Xəbərlər
00:21 12.03.2014
2901

Naxçıvan sakini Qadir Əliyev iş yoldaşı Ceyhunla “Koroğlu” metrostansiyasının keçidində kişi kostyumu alarkən dul bacısı Zahidə Əliyevanı tanımadığı bir oğlanla əl-ələ tutub metroya getməsini görüb.

Bunu görən Qadir onları güdməyə başlayıb.Sevgililər “Neftçilər” metrostansiyasında qatardan düşüblər. Qadir onların arxasınca getməkdə davam edib. Qatarda olarkən Zahidə qardaşını görsə də, heç bir reaksiya verməyib. Bacısının bu hərəkəti Qadiri daha da əsəbiləşdirib.Metrodan çıxan gənclər banklardan birinin qarşısında əl-ələ tutaraq söhbət ediblər.Həmin vaxt bacısının arxası, onun sevgilisinin üzü isə ona tərəf olub. Lakin gələcək yeznəsi onu tanımadığından Qadirin baxışlarına reaksiya verməyib.Gördüklərindən əsəbiləşən Qadir metroya düşərək oradan bıçaq almaq istəyib. Qadir bıçaq tapa bilməyəndə qayçı alıb.Keçiddən çıxan Qadir aldığı qayçını sağ əlində tutaraq arxadan bacısına yaxınlaşıb.Qadir bacısının belindən bir zərbə vurandan sonra onu kənara itələyərək, onun sevgilisinin üstünə cumub. Lakin gələcək yeznə geriyə çəkildiyindən qayçı onun qolunu və boğazını cızıb.Onu və sevgilisini qayçılayanın kim olduğunu bilmədən gənc oğlan yaralı sevgilisini də ataraq qaçıb.Bundan sonra Qadir yerdə uzanan bacısına yaxınlaşaraq ona daha bir neçə zərbə endirib. Bu zaman boynundan zərbə alan Qadir yıxılıb, əlindəki qayçı isə yerə düşüb. Əliyev qayçının yerdən götürüb onu vurana hücum etmək istəyəndə həmin adamın polis olduğunu görüb dayanıb.Hadisə yerində polis tərəfindən tutulan Qadir Əliyev istintaqa təhvil verilib.Xəstəxanaya çatdırılan Zahidə Əliyevanın həyatı demək olar ki, həkimlər xilas edə bilib. Zahidə Əliyevanın vəziyyəti normallaşandan sonra onu istintaqçılar dindiriblər.Əliyeva polislərə bildirib ki, əri dünyasını dəyişdiyindən atası evində yaşayır.Hadisə vaxtı yanında olan Namiq adlı oğlanla da elə hadisə günü tanış olub. Həmin gün oğlan ona yaxınlaşaraq tanış olmaq istəməsini bildirib, o da tanış olub. Bir-birlərinə mobil telefon nömrələrini verəndən sonra “Neftçilər” metrostansiyasının yaxınlığında durub söhbət ediblər.Bu vaxt da arxadan ona kimsə zərbə endirib. O, sonra həmin adamın Namiqə hücum etdiyini görəndə vaxtdan istifadə edərək qaçmaq istəyib. Lakin sonra başının üstünü kəsdirən qardaşı ona qayçı ilə zərbələr endirməyə başlayıb.Bir aya yaxın xəstəxanada müalicə alan Zahidənin vəziyyəti normal olub. O, özünə qulluq da edə bilib. Lakin qəfildən halı pisləşib və bir ay sonra xəstəxanada dünyasını dəyişib.Qadir Əliyevin bacısı öldüyündən istintaq onun əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirli bilinib. Cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilib.Məhkəmədə ifadə verən Qadir Əliyev əməlini qismən etiraf edərək hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.Məhkəmə istintaq tərəfindən zərərçəkən qismində tanınan Zahidənin sevgilisi Namiq Rəsulovun da ifadəsini dinləyib. Namiq Rəsulov ifadəsində fəhlə kimi müxtəlif yerlərdə işlədiyini deyib. Onun sözlərinə görə, 7 saylı avtobusda yol gedərkən marşrutda bir xanım minib, o da əyləşdiyi yerdən duraraq ona yer verib. Yolboyu gedərkən bir-birilərinə baxdıqları üçün Namiq onunla tanış olmağı qərara alıb.Avtobusdan düşəndə Namiq qıza yaxınlaşaraq tanış olub. Sonra Zahidəyə “Neftiçələr”ə getmək lazım olduğundan o da onunla oraya gedib. Söhbət zamanı Zahidənin əvvəllər ailəli olduğunu, hal-hazırda isə dul qaldığını öyrənib.Metrodan çıxıb yol kənarında dayanıb söhbət edərkən tanımadığı bir adam onlara hücum edib. Namiq özünü müdafiə edib və bərk qorxduğundan qaçaraq geri dönməyib.Yaşadığı evə gedən Namiq oradan da doğma Şəki rayonunun Kiş kəndinə üz tutub.Rayonda axşam televizora baxarkən Qadir Əliyevin bacısı Zahidə Əliyevanı “Neftçilər” metrostansiyasının yanında qayçı ilə vurması xəbərini eşidib. Bundan sonra ona hücum edənin kim olmasını bilib. Bir neçə gün sonra isə onu polisə çağırıblar.Bütün ifadələri dinləyəndən sonra məhkəmə Qadir Əliyevi qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddələri ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə Qadir Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. /// gun.az

OXŞAR XƏBƏRLƏR