Bacısını xilas etmək istəyən qadın özü yanıb öldü - BAKIDA FACİƏ

Bacısını xilas etmək istəyən qadın özü yanıb öldü - BAKIDA FACİƏ
HADİSƏ
14:43 11.10.2025
494
Bakıda qadın faciəvi şəkildə ölüb.
 
AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

60 yaşlı Sərvinaz Xəlil qızı İbrahimova oktyabrın 5-də yaşadığı evdə yanıq xəsarətləri alıb. Yaralı Nərimanov rayonundakı Yanıq Mərkəzində müalicə alsa da, oktyabrın 10-da orada dünyasını dəyişib.

Məlumata görə, hadisə olan günü benzin alışıb və mərhumun bacısının paltarına keçib. S.İbrahimova da bacısını yanğından xilas etmək istəyib, lakin alov ona da keçib. Nəticədə qadın yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR