‘Bacısının başını kəsən qızın xəbəri yayımlanmalıydımı?’ - ANS-də müzakirə (VİDEO)

‘Bacısının başını kəsən qızın xəbəri yayımlanmalıydımı?’ - ANS-də müzakirə (VİDEO)
MEDİA
00:22 25.10.2014
4312

Bu gün ANS-in canlə efirində yayımlanan “Xəbərsizsiniz” verilişində “Bu günkü mediamız nədən yazmalıdır?” mövzusu müzakirə olunub.

AZXEBER.COM-un məlumatına görə, verilişin qonaqları yazıçı-publisist İrada Tuncay və “azxeber.com”un baş direktoru Əfsələddin Ağalarov olub.

Verilişdə İradə Tuncay son günlərin ən çox danışılan – bacısının başını kəsən qız haqqında informasiyaların verilməsi zamanı dəqiqləşdirilmiş informasiyalara əsaslanmaq lazım olduğunu və mətbuatın bu cür xəbərləri verməsini düzgün hesab etmədiyini bildirib.

Əfsələddin Ağalarov isə jurnalistlərin informasiya əldə edilməsi zamanı yaşadıqları çətinlikləri və buna görə də hansısa hadisəni işıqlandırarkən informasiyaların dəqiqləşdirilməsinin çətinliyindən danışıb. O, bu cür hadisələrin portallarda işıqlandırılmasında heç bir məhdudiyyət olmamalı olduğunu da əlavə edib.

Verilişdə bu günkü mətbuatımızın durumu ilə bağlı da müzakirə aparılıb.

Sözügedən müzakirəni 22-ci dəqiqədn etibarən izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR