Bağdad Türkiyə ordusunun təcili çıxarılmasını istəyir

Bağdad Türkiyə ordusunun təcili çıxarılmasını istəyir
Bütün Xəbərlər
11:15 12.12.2015
934

“Ankara BMT nizamnaməsini kobud şəkildə pozur”.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki,BMT-nin Təhlükəsizlik Şurasına İraqınTürkiyə silahlı qüvvələrinin hərəkətlərinə dair şikayətlər daxil olub,.

Məktubda Bağdad Türkiyə qoşunlarının təcili olaraq öz ərazisindən çıxarılmasını xahiş edir.İraq Türkiyə ordusunun öz ərazisində olmasını Beynəlxalq təşkilatın nizamnaməsinin “kobud şəkildə pozulması” hesab edir.

Rəsmi müraciətin alınması barədədekabrın 11-də ABŞ-ın Ümumdünya təşkilatı yanında daimi nümayəndəsi Samnata Pauer təsdiqləyib, o, bu ay Təhlükəsizlik Şurasının sədrinin səlahiyyətlərini icra edir.

Surətijurnalistlərin sərəncamına verilən sənəddə Bağdad BMTTŞ-dan Türkiyənin təcili olaraq öz qoşunlarınıçıxarmağı tələb etməyi, eləcə də İraqın gələcəkdə suverenliyini pozmamağıxahiş edir.

“Bu, BMT nizamnaməsininkobud şəkildə pozulması, eləcə də İraqın ərazi bütövlüyünün və müstəqilliyinin pozulması kimi nəzərdən keçirilir”, - İraqın daimi nümayəndəsi Məhəmməd Əli əl-Hakimin məktubunda vurğulanıb.

Pauerin sözlərinə görə, İraq diplomatı görüşün gedişatında ondan Türkiyə təcavüzününmüzakirəsi üçün Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı xahiş edib.

Qeyd edək ki, dekabrın 4-də Türkiyə əsgərlərinin batalyonunun İraqın Mosul şəhəri yaxınlığında yerləşdirildiyi haqqında məlumat yayılıb. Bu qoşunlar hərbi texnika ilə təchiz ediliblər.

İraqXİN-i Türkiyənin hərəkətini müdaxilə kimi qiymətləndirib. Cavab olaraq Ankarada quru hərbi əməliyyatların və hərbçilərin əlavə olaraq göndərilməsinin nəzərdə tutulmadığı bildirilib. Ankara öz hərəkətlərini yerli ordu üçün hərbi hazırlığı təmin etmək labüdlüyü ilə izah edib.

Amma İraq hakimiyyəti Türkiyə qoşunları çıxarılmazsa istənilən qarşıdurma tədbirlərinihəyata keçirmək hüququnu özündə saxlayıb.

Dekabrın 10-da Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan onun ölkəsinin qoşunlarının bu regiona Bağdadın xahişi ilə yerləşdirildiyini bəyan edib.

Ohəmçinin İraq və İranı Suriyada dinlərarası nifrəti qızışdırmaqda ittiham edib. Ərdoğan İraq hakimiyyətinin BMTTŞ-ya şikayətini “ədalətsiz addım” adlandırıb.

OXŞAR XƏBƏRLƏR