BADAM medical-ın səyyar klinikası regionlarda ödənişsiz göz müayinələrinin davam etdirir.
BADAM Medical Centerin səyyar klinikası avqust ayının 12-dən 30-dək Kürdəmir şəhərində, Kürdəmir rayon əhalisinin xidmətində olacaq.
Klinikanın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Çingiz Özgürün azxəbər.com-a verdiyi məlumata görə, bu aksiya Beyləqan, Ağcabədi və Bərdə rayonlarında böyük rəğbətlə qarşılanıb. Aksiyada məqsəd regionlarda əhalinin gözlə bağlı problemlərinin həllinə dəstək olmaqdır.
Kürdəmir Rayon İcra Hakimiyyəti və Badam Klinikasının birgə tədbiri olan bu layihədə, göz müayinələrindən keçən vətəndaşlara həkim məsləhətləri veriləcək, ehtiyac yaranacağı hallarda müalicə ediləcək, cərrahi müdaxiləyə gərək olarsa, İcbari Tibbi Sığortanın dəstəyi ilə göndərişlər alınaraq BADAM Medical Centerdə peşəkar oftalmoloq-cərrahlar tərəfindən əməliyyat ediləcək.
Müayinələri tibb ocağının NUR Göz Mərkəzinin həkimləri edəcək.
Səyyar klinika Kürdəmir şəhərinin mərkəzində, Bakı prospektində, "Heydər Parkı”n yanındadır (Gənclər Evi-nin yaxınlığı).
Əlavə məlumat almaq istəyənlər 0506006699, 0125386699, *6699 nömrələrinə zəng edə bilərlər.