"Bahalı müğənniyəm, bizim ifaçılarla maraqlanmıram" - Eldar

"Bahalı müğənniyəm, bizim ifaçılarla maraqlanmıram" - Eldar
MAQAZİN
23:14 31.08.2018
11406
Məni almanlara və isveçlərə bənzədirlər. Alman dilini bilirəm, amma isveçi heç... Hər dəfə eyni yolu gedirdim, dəyişmək qərarına gəldim. Saçım üzərində də eksprement etdim. Çox da razıyam”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri Həmid Həmidovun "Поговорим?” rubrikasının qonağı olan "Eurovision 2011” qalibi Eldar Qasımov deyib. Müğənni dünyada tanınmağı arzuladığını bildirib. Buna görə də Eldar üzərində çox çalışdığını söyləyib:

"Bu, çox çətindir. Amma mümükünsüz heç nə yoxdur. Buna görə çalışıram. İstəyirəm musiqimi çox adam dinləsin. Xarici seriallar üçün musiqilər yazıram.

Burada məni açılışlara və toylara dəvət edirlər. Az olur, çünki bahalı müğənniyəm. Hər toya getmirəm. Həm də repertuarım hər toya uyğun deyil. Qiymətimi endirməyi düşünmürəm. Əsas odur ki, məni səviyyəli auditoriyası olan toylara çağırırlar. Sənətçi dostlarımdan eşidirəm ki, toyda onlara sifariş edirlər ki, bunu oxuyun, onu oxuyun. Etiraz edəndə isə dava düşür. Təsəvvür edin mən olan toyda belə hadisə baş verir (gülür)”.

Azərbaycan şou-biznesindən danışan Eldar bildirib ki, buranı heç bəyənmir:

"Bizim şou-biznes ancaq qalmaqaldır. Bundan hər zaman qaçıram. Bizim müğənnilərin yaradıcılığı ilə maraqlanmır, dinləmirəm mahnılarını. Kaş heç Azərbaycan şou-biznesinin nümayəndələri ilə tanış olmazdım. Uşaq vaxtdı hər zaman müğənniləri müzakirə edirdik, onlarla bağlı xoş fikirlərim var idi. Amma tanıdıqdan sonra məyus oldum”.

Eldar "Cəmiyyətdə 3 nəyi dəyişmək istəyərdiniz" sualına belə cavab verib:

"Təhsili daha yaxşı edərdim. Sənət aləmində çox şeyi dəyişərdim. Bura televiziya, saytlar daxildir. İnsanlara beyinlərində sərbəstlik verərdim. Həmrəyliy olmasını istəyərdim. İnsanlar həyatda dəyərli olduqlarını anlasın. Bütün dünyada insanların asılı yox, azad olmalarını istəyərdim. Ay qonşu evə gec gəlsəm nə deyər, saçımı rəngləsəm nə olar düşünməsinlər. "Mentalitet" sözünə nifrət edirəm. Bizdə bu kəlmə ancaq pis mənadadır. İnsan istədiyi kimi yaşamalıdır. Evlənmək istəmirəm. Bəlkə bir ildən sonra fikrim dəyişdi, həyatımı kimləsə bölüşmək istədim".
OXŞAR XƏBƏRLƏR