Bahar Muradova: “YAP-ı dəstəkləməyən hər kəs bizim üçün müxalifətdir”

Bahar Muradova: “YAP-ı dəstəkləməyən hər kəs bizim üçün müxalifətdir”
Bütün Xəbərlər
06:52 07.05.2011
1762

Bu haqda jurnalistlərə açıqlamasında xatırladıb ki, artıq Azərbaycanda amnistiya aktının qəbulu və əfv fərmanları ilə bağlı müəyyən təcrübə var:


“Milli Məclis bir neçə amnistiya aktı qəbul edib. Prezident, demək olar, hər il bir qisim insanları əfv edir. Amma konkret olaraq yaxın günlərdə amnistiya aktının qəbul olunacağını deyə bilmərəm. Çünki qanunvericilik təşəbbüsü subyektlərindən Milli Məclisə amnistiya ilə bağlı layihə daxil olmayıb. Milli Məclisin özündə belə bir sənəd hazırlanmır. Ümumiyyətlə, bunu tez bir zamanda hazırlamaq çətindir. Amnistiya aktı layihəsi əlaqədar qurumlarla birgə hazırlanmalı və sonra parlamentdə qəbul olunmalıdır. Hazırda belə bir məsələ ortada yoxdur”.

Muradova hesab edir ki, amnistiya aktının zəruri olub-olmadığı haqda yalnız müvafiq icra hakimiyyəti orqanları fikir bildirə bilər: “Əgər onlar desələr ki, bu məsələyə baxmaq lazımdır, o zaman baxmaq olar. Amma hazırda belə bir təklif yoxdur”.

İctimai Palata özü yoxdur, amma fəaliyyətini müzakirə edirik

Jurnalistlərin İctimai Palata haqda suallarını cavablandıran Muradova bu qurumun əslində mövcud olmadığını, amma hər yerdə onun fəaliyyətinin müzakirə olunduğunu dedi:

“İndiyə qədər dəfələrlə bu adamlar müxtəlif adlar altında bir yerə yığışaraq müəyyən məqsəd uğrunda təşkilat yaradıblar. Həmin təşkilatlar da bir müddət sonra ömrünü başa vurub. Deyə bilmərəm ki, İctimai Palata ömrünü başa vurub, ya yox. Hər halda, bunu gələcək göstərər. Mahiyyət və məzmunda, ora rəhbərlik edən insanların sırasında dəyişiklik yoxdursa, təşkilatın adını nə qoyursansa qoy, həmin insanları hədəfə çatdırmayacaq”.

Vitse-spiker dörd partiyanın bir araya gələrək “Parlament Müxalifət Qrupu” yaratmasına da münasibət bildirdi. Muradova dedi ki, Milli Məclisdə fraksiya yaratmaq üçün 25 deputatın iştirakı zəruridir:

“Ona görə də hazırda parlamentdə hansısa fraksiya mövcud deyil. Amma onlar qrup kimi fəaliyyət göstərməkdə sərbəstdirlər. Partiyalar və ayrı-ayrı deputatlar müxtəlif adlar altında qruplar yarada, hansısa məsələləri gündəmə gətirmək üçün tədbir keçirə bilərlər”.

Bahar Muradova müxalifət adı altında hər hansı yarışı mənasız sayır. Onun fikrincə, parlamentdə müxalifəti təmsil edən partiyaların hansılar olduğu bəllidir:

“Biz onların hamısına müxalifət partiyası kimi yanaşırıq. YAP-ın üzvü olmayan və onun siyasətini dəstəkləməyən, alternativ fikirlər irəli sürən hər bir kəsə müxalifətçi kimi baxırıq. Bu baxımdan, parlamentdəki YAP-dan kənar partiyaların hamısı bizim üçün müxalifətdir”.

//"Ayna" qəzeti



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
19:03 07.08.2025
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
18:59 07.08.2025
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
17:36 07.08.2025
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
15:41 07.08.2025
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
15:39 07.08.2025
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi