Bahar Muradova Serj Sərkisyana: "Bütün dünya bu iyrənc cinayətin şahidi olur”

Bütün Xəbərlər
14:35 17.03.2011
1504

Bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova Ermənistan prezidentinin ona ünvanlanmış müraciətini Modern.az-a şərh edərkən bildirib. 

Vitse-spikerin sözlərinə görə, Sərkisyan müraciətdə qeyd etdiyi anaların qarşısında məsuliyyəti dildə yox, əməlində nümayiş etdirsin. “Müraciətində hiss olunur ki, o, Azərbaycan xalqına qarşı edilən cinayətlərdən yaxasını kənara çəkməyə çalışır. Bu çox gülünc cəhddir. O Ermənistanın prezidenti kimi öz xalqının gələcəyini düşünməlidir”-deyə vitse-spiker vurğulayıb.

Bahar Muradova bildirib ki, azərbaycanlılara qarşı apardığı qətllərə və cinayətlərə son verdikdən sonra erməni tərəfinin səmimiyyətinə inana bilər:
“Məhz bundan sonra Sərkisyanın müraciətinin səmimiliyinə inanmaq olar. Hər bir qətl tarixə düşür. Odur ki, Sərkisyan bu barədə düşünsün. Əməlləri ilə sübüt etsin ki, biz də bunu müsbət qarşılayaq. Bütün sülhsevər dünya da ermənilərdən bunu gözləyir”. Sərkisyanın Fariz Bədəlovun snayper tərəfindən öldürülməsi faktını “siyasi spekulyasiya cəhdi” adlandırmasını vitse-spiker narazılıqla qarşılayıb.
“Körpənin meyidi ortada ola-ola bunu necə demək olar? Bütün dünya bu iyrənc cinayətin şahidi olur”-deyə B.Muradova vurğulayıb.

OXŞAR XƏBƏRLƏR