Bahar Muradovadan erkən evliliklə bağlı XƏBƏRDARLIQ

Bahar Muradovadan erkən evliliklə bağlı XƏBƏRDARLIQ
SOSİAL
10:45 24.11.2026
56
Erkən evlilik qızların təhsil, sağlamlıq, şəxsi inkişaf və gələcəklərini sərbəst müəyyənləşdirmək imkanlarını məhdudlaşdıran ciddi sosial problemdir.

AZXEBER.COM xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, erkən evliliyin qarşısının alınması yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalıdır. Problemin sosial və mənəvi səbəbləri araşdırılmalı, onların aradan qaldırılması üçün cəmiyyət və aidiyyəti qurumlar səylərini birləşdirməlidir.

B.Muradovanın sözlərinə görə, hər bir qızın təhsil almaq, sağlam və təhlükəsiz mühitdə böyümək, öz gələcəyi ilə bağlı qərarların verilməsində iştirak etmək hüququ var və bu hüquq dövlət tərəfindən qorunmalıdır.

Komitə sədri dini xadimlərin və dini qurumların da erkən evliliklə mübarizədə mühüm rol oynaya biləcəyini vurğulayıb. O, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR