Bakı Dövlət Universiteti məzunlarını belə yola saldı (VİDEO)

GƏNCLİK
23:16 29.06.2011
2954

AZXEBER.COM-un məlumatına görə, universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib.

Daha sonra rektor Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayıb, bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu isə xüsusilə qeyd edib. Rektor üzünü tələbələrə tutaraq deyib ki, siz ulu öndərin məzunu olduğu universiteti bitirdiyinizə görə fəxr etməlisiniz.

 Tədbir konsert proqramı ilə davam edib.

 AZXEBER.COM məzun günündən videoları təqdim edir.

 

OXŞAR XƏBƏRLƏR