Bakı məktəblərində 8 mart "yığımlarına" ciddi müharibə elan edilib

GƏNCLİK
07:28 05.03.2011
2873

Lamiyə Əliyeva: "Bu məqsədlə şagirdlərdən pul yığılmasından söhbət belə gedə bilməz" Validə Sarıyeva: "Yəqin ki, hər yerdə necə olacaq, bizdə də elə olacaq" Aidə Məmmədova: "Sinif rəhbərlərinin təzədən siyahısı tutuldu və hamı protokola qol çəkdi ki, məktəbdə pul məsələsi olmayacaq"

Hər il Bakı şəhərində 8 Mart Qadınlar günü münasibətilə orta məktəblərdə şagirdlərdən bu və ya digər dərəcədə pul yığılırdı ki, bu da bəzən valideynlərin narazılığına gətirib çıxarırdı. Korrupsiyaya qarşı aparılan mübarizə çərçivəsində görünən odur ki, deyəsən paytaxt məktəbləri bu ənənəyə son qoyub. 

Artıq 8 Mart Qadınlar Günü münasibətilə orta məktəblərdə şagirdlərdən pul yığılmır. Bu da, təbii ki, bir çox valideynlərin ürəyincədir. Yeri gəlmişkən onu da qeyd edək ki, jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov 8 Mart Qadınlar Günü münasibətilə orta məktəblərdə şagirdlərdən pul yığılması barədə verilən məlumatlara maraqlı münasibət bildirib: "Kimin ürəyində müəllimi təbrik etmək arzusu varsa, təbrik etsin. Biz bunun qabağını kəsə bilmərik. Amma bu alverə çevrilməməli, müəllim və məktəbi nüfuzdan salmamalıdır". 

Sözügedən bayramla əlaqədar şagirdlərdən pul yığılıb-yığıldığını aydınlaşdırmaq üçün paytaxtdaki bir neçə orta məktəblə əlaqə saxladıq. 42 saylı orta məktəbin rəsmisi Lamiyə Əliyeva onlarda belə halın baş vermədiyini bildirdi: "Ümumiyyətlə nə əvvəl, nə də indi bizim məktəbdə 8 marta görə şagirdlərdən pul yığılmayıb. Bu məqsədlə şagirdlərdən pul yığılmasından söhbət belə gedə bilməz". 

46 saylı orta məktəbin direktor müavini Validə Sarıyeva qəzetimizə verdiyi açıqlamada bunları dedi: "Həmişə bizim məktəbdə 8 mart bayramı ilə əlaqədar ibtidai sinif şagirdlərinin iştirakı ilə müəllimlər otağında "utrennik" keçirilir və şagirdlər müəllimləri təbrik edir. Hər bir şagird müəllimini təbrik edib çıxıb gedir. Hansısa xüsusi hədiyyə ilə, güllə 8 martın qeyd olunması ənənəsi bizim məktəbdə yoxdur. Biz indidən deyə bilmərik ki, hansısa şagird müəllimini nə iləsə təbrik edəcək, yoxsa etməyəcək. Bütün valideyinlər televizora baxır və hər şeydən xəbərdardır. Yəqin ki, hər yerdə necə olacaq, bizdə də elə olacaq. Bizim məktəbdə 8 marta görə şagirdlərdən pul yığılmır". 

74 saylı orta məktəbin direktor müavini Aidə Məmmədovanın 8 martla bağlı dedikləri isə çox maraqlı oldu: "Bizim məktəbdə direktor iclas keçirib bütün valideyn və komitə sədrlərini dəvət etdi. İclasda açıq şəkildə elan etdi ki, prezidentin tapşırığı ilə korrupsiya əleyhinə tədbirlər görülür. O üzdən, məktəbdə heç bir pul toplanması halı olmayacaq. Həmçinin, belə bir şey olarsa, təqsiri olanlar məsuliyyətə cəlb olunacaq. Bundan başqa, sinif rəhbərlərinin təzədən siyahısı tutuldu və hamı protokola qol çəkdi ki, məktəbdə pul məsələsi olmayacaq. Ona görə də bizim məktəbdə sözügedən məsələ ilə bağlı problem olmamalıdır. Ümumiyyətlə, məktəbimizdə kiminsə hansısa hədiyyə ilə müəllimi təbrik etməsi qəti qadağan olunub. 

O cümlədən, 8 martla bağlı şagirdlərdən pul yığılması qəti qadağandır. Təhsildə belə şeylər olsa, o zaman şagirdlərin tərbiyəsi pozular. Bütövlükdə direktorun bununla bağlı verdiyi əmr çox gözəl və yerində olan bir göstərişdir".

//Bakı-Xəbər

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir